Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edildi - SİYAHI

27 Mart 2012 19:09
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

Çovdarov Akif Teymurxan oğlu - Energetika və Nəqliyyat
Sahələrində Təhlükəsizlik Baş
İdarəsinin rəisi
Həmidov Nizaməddin Baba oğlu -Maddi-texniki Təminat
Baş İdarəsinin rəisi

Quliyev Teymur Rəcəb oğlu - Monitorinq Mərkəzinin rəisi".


Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor
Mahmudov Vüqar İsa oğlu - mayor

"Vətən uğrunda" medalı ilə:

Cəfərov Mahir Sabir oğlu - mayor
Əliyev Elçin Ərsalan oğlu - polkovnik
Qasımov Vüqar Qurban oğlu - polkovnik-leytenant
Məmmədov Abdulla Əli oğlu - polkovnik-leytenant
Muradov Seymur Nurəddin oğlu - kapitan
Novruzov Azər Elşən oğlu - baş leytenant

Rəşidov Elşən Ələşrəf oğlu - baş leytenant

"İgidliyə görə" medalı ilə:

Əkbərov İsrafil Gülməmməd oğlu - baş leytenant
Hacıyev Rəhim Tarix oğlu - kapitan
Hüseynov Mübariz Əlikram oğlu - mayor
Mehdiyev Azər Söhrab oğlu - mayor
Rəsulov Rəsul Mösüm oğlu - polkovnik
Səfərli Hüseyn Rəşid oğlu - polkovnik-leytenant
Usubov Mütəllim Məhiş oğlu - polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə:

Allahyarov Namiq Nurəli oğlu - baş leytenant
Dadaşov Əşrəf Əli İsa oğlu - polkovnik
Əliyev Bəxtiyar Cavanşir oğlu - kapitan
Nuriyev Faiq Məhrəddin oğlu - polkovnik
Pənahov Nurlan Əjdər oğlu - baş leytenant
Seyidova Aysel Miryusif qızı - baş leytenant
Şərifli Sənan Şərif oğlu - mayor".

Milli.Az