Bu vilayətin bütün rəhbərliyi de-fakto rusların əlinə keçib

14 İyun 2022 08:27

Donetsk vilayətinin, xüsusən də Mariupolun bütün rəhbərliyi de-fakto rusların əlinə keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

"Birincisi, bütün rəhbərlik de-fakto rusların əlinə keçdi. Donetskdə kukla Puşilin danışan başın ancaq "nümayəndəlik" funksiyalarını yerinə yetirir. Mariupolda İvaşşenko "məsləhətçi" təyin edilib, guya kömək etsin", - müşavir deyib.

Onun sözlərinə görə, Mariupol vilayəti rusların tam nəzarəti altındadır.

Milli.Az