Bakıda gənc qızı avtomobil vurub

14 İyun 2022 08:04

Bakıda 16 yaşlı gənc qızı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 2006-cı il təvəllüdlü Baxşəliyeva Mehriban Elşən qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az