Kanadanın Baş naziri koronavirusa yoluxdu

14 İyun 2022 08:58

Kanadanın Baş naziri Castin Trüdonun koronavirus testi müsbət çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Baş nazir özü bu haqda sosial şəbəkədə paylaşım edib.

"COVID-19 testimin nəticəsi pozitivdir. Lakin özümü yaxşı hiss edirəm. Mən Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun şəkildə peyvənd olunmuşam" - deyə Trüdo qeyd edib.

Milli.Az