Bakıda “Porsche” yeniyetməni vuraraq öldürüb - FOTO

14 İyun 2022 08:28

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu "Porsche" markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb.

Milli.Az