ABŞ-da yanğın böyük qoruq ərazisini məhv edib

14 İyun 2022 08:08

ABŞ-ın Cənubi Kaliforniya ştatında meşə yanğını tüğyan edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Anceles dövlət qoruğunda qısa zamanda geniş əraziyə yayılan alov 800 hektar ərazini külə döndərib. Yanğının yalnız 5%-nin nəzarətə alındığı bildirilir. Yaxınlıqda məskunlaşanların təxliyəsinə qərar verilib. Alovla mübarizəyə təyyarə və helikopterlər də cəlb olunub.

Milli.Az