Səmra Rəhimli Şeyx Zayed məscidində

13 İyun 2022 23:55

"Avroviziya" təmsilçimiz Səmra Rəhimli Birləşmiş Ərəb Əmirliklərinə istirahətə yollanıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, müğənni İnstaqram hesabında BƏƏ-nin Abu-Dabi şəhərində yerləşən Şeyx Zayed məscidindən görüntülər paylaşıb.

Səmra paylaşımına "Allah sizi sevir. Bu sevgi heç vaxt dəyişməz" şərhini qeyd edib.

Milli.Az