Severdonetskə gedən bütün körpülər dağıdılıb - Qayday

13 İyun 2022 23:07

Severdonetskə gedən bütün körpülər dağıdılıb, lakin Severodonetsk mühasirəyə düşməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Qaydayın sözlərinə görə, şəhərdən təxliyə və humanitar yüklərin çatdırılması mümkün deyil.

O qeyd edib ki, ruslar Severodonetskdən sürətlə çıxarılsa belə, qışa qədər rabitəni bərpa etmək mümkün olmayacaq.

Milli.Az