Güclü zəlzələ Türkiyəni silkələdi - Anbaan VİDEO

13 İyun 2022 17:45

Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5.0 bal gücündə zəlzələ baş verib.

Milli.Az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə  AFAD məlumat yayıb.

Bildirilib ki, təkanlar yerli vaxtla 21:35-də, 18,89 kilometr dərinlikdə baş verib.

Van valisi və Böyükşəhər Bələdiyyəsinin sədr müavini Ozan Balcı, indiyə qədər heç bir neqativ məlumatın daxil olmadığını bildirib:

"Hazırkı məlumata görə, ölən və xəsarət alan yoxdur. Komandalarımız ola biləcək hadisələrə qarşı sahədə növbətçilik edir".

Milli.Az