Keçmiş BVF direktoru fahişə alveri ilə məşğul olub?
27 Mart 2012 18:44
Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kanın (Dominique Strauss-Kahn) adı yeni seks qalmaqalı ilə bağlı hallanmaqdadır.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu dəfə Fransa Ədliyyəsi, keçmiş BVF direktorunu Lill, Paris və Vaşinqton otellərində eyş-işrət məclislərinin keçirilməsi üçün fahişələri təmin edən cinayətkar dəstə ilə əlaqədə olması şübhələri əsasında istintaqa cəlb olunmuşdu.
İstintaq Dominik Stross Kanı şəhərin ən bahalı otellərindən birində fahişələrlə gecə təşkil etməkdə şübhəli hesab edir.
İttiham sürülməsinin ardınca Dominik Stross Kan qarşı bu işlə bağlı həbsə məruz qala bilər.
Dominik Stross Kanın özü eyş-işrət məclislərinə qatıldığını etiraf edib, lakin həmin məclislərdə iştirak edən qadınların fahişə olduqlarından bixəbər olduğunu təkid edir.
Yeni qalmaqalla əlaqədar keçmiş BVF direktoru polis bölməsinə çağrılımışdı.
62 yaşlı Dominik Stross Kana qarşı fahişə al-veri ilə məşqul olan cinayətkar dəstə ilə əlaqədə omaq bqarədə ilkin ittiham irəli sürülmüşdü. Həmin ittiham əsasında eks BVF direktoru mühakimə edilərsə, ona 20 ilədək həbs cəzası kəsilə bilər.
Dominik Stross Kan 100 min avro girov ödəyərək zaminə buraxılıb.
Fransa qanunlarına görə, nikahdan kənar, qadınlarla, və o cümlədən fahişələrlə cinsi əlaqədə olmaq cinayət sayılmasada, ödəniş əsasında intim əlaqələr, fahişəlik biznesində iştitrak kriminal sayılır.
Dominik Stross Kan həmin məqsədlər üçün çəkilən xərclərdə ictimai pul vəsaitlərdən istifadə etməkdə şübhəli bilinir.
Məhkəmə Dominik Stross Kanın günahını sübuta yetirsə, onu bir neçə ilədək həbs cəzası və böyük məbləğdə cərimə gözləyir.
Ötən il Dominik Stross Kan Nyu-York otellərindən birində adiməni zorlamaqda ittiham edilmişdi, ona qarşı cinayət işi qaldırılmışdı.
Həmin qalmaqal ilə əlaqədar, Dominik Stross Kan Beynəlxalq Valyuta Fondunun direktoru postunu tərk etməyə məcbur olmuşdu.
Məhkəmə xadimənin dəlillərini inandırıcı saymayaraq işə xitam vermişdi.
Lakin həmin xadimə Dominik Stross Kana qarşı iddiasını yenidən, bu dəfə Nyu-Yorkun mülki işlər üzrə məhkəməsində qaldırmışdı.
Həmin iddia üzrə işə Nyu-Yorkda gələn baxılacağı gözlənilir.
Milli.Az