Keçmiş məhkum Bakıda “Kalaşnikov”a tutuldu

13 İyun 2022 13:45

Bakıda silahlı şəxs saxlanıb.

Daxili işlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Əziz Nurullayevdən "Kalaşnikov" markalı avtomat silahı, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Araşdırma aparılır.

Milli.Az