“ATV-ə ilk gələndə Zaur dedi ki...”

13 İyun 2022 14:07

Aparıcı cütlük Zaur Baxşəliyev və Günay Baxşəliyeva tanışlıqları ilə bağlı maraqlı faktı açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, onlar bu barədə "Zaurla Günaydın" verilişində danışıb.

Günay deyib ki, Zaur onu ilk görəndə anasına bənzədib:

"Mən ATV-ə ( Azad Azərbaycan tele-radio şirkəti) yeni gələndə Zaur dedi ki, anamın cavanlığına bənzəyirsən. Hətta söylədi ki, bir şəkli var, onu göstərəcəm, eynən oxşayırsan. Hələ də o fotonu göstərməyib".

Qeyd edək ki, cütlüyün iki övladı var.

Milli.Az