Billi Ayliş konsertini yarımçıq dayandırdı

13 İyun 2022 16:15

Müğənni Billi Ayliş bəzi pərəstişkarlarının istidən təsirlənməsi səbəbindən Londondakı konsertini dayandırmaq məcburiyyətində qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, huşunu itirmiş bir neçə tamaşaçı izdiham tərəfindən əzilmək riski ilə üzləşib. Qonaqların durumundan narahat olan müğənni musiqini dayandıraraq tamaşaçılara üz tutub:

"Siz yaxşısınız? Görürəm ki, insanlar huşunu itiriblər. İstidir, bilirəm. Bir addım geri atın, hər kəsə bir az yer verin. Kimsə bir az halsız görünürsə, bu barədə xəbər verin", - ifaçı bildirib.

Bir neçə dəqiqədən sonra Ayliş çıxışını davam etdirib.

Milli.Az