Conni Deppin motosikleti 250 000 dollara hərraca çıxarılacaq - FOTO

13 İyun 2022 12:22

Amerikalı aktyor Conni Deppin "Cry-Baby" (1990) musiqili filminin çəkiliş meydançasında istifadə etdiyi 1955-ci il istehsalı olan "Harley Davidson Model K" motosikleti "Kruse GWS Auctions" hərracında satılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lotun ilkin qiyməti 250 000 dollardır.

Hərrac 25 iyunda başlayacaq.

Hazırda motosikl Missuri ştatının Branson şəhərindəki muzeydə saxlanılır. Əvvəllər o, dəfələrlə sahiblərini dəyişib, həmçinin ABŞ-da keçirilən sərgilərdə iştirak edib.

Milli.Az