Əfqanıstanda avtobusa silahlı hücum olub, ölən və yaralananlar var

12 İyun 2022 23:50

Əfqanıstanın Bəlx vilayətində beynəlxalq hava limanının iki əməkdaşı avtobusa silahlı hücum nəticəsində həlak olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Əfqanıstanın "KabulNews" telekanalı məlumat yayıb.

Əyalətin inzibati mərkəzi - Məzari-Şərif şəhərinin hava limanının əməkdaşları iş günündən sonra evə qayıdarkən xüsusi avtobusda silahlı basqın edilib.

Daha 7 nəfərin yaralandığı bildirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Milli.Az