Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 21:35-də baş verən yeraltı təkanın ocağı yerin 18.89 kilometr dərinliyində olub.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.
Milli.Az