Bu gün Qanlı Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyevin doğum günüdür.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, yaşasaydı 60 illik yubileyi qeyd olunacaqdı.
İlham və Fərizə cütlüyü xalqımızın tarixinə təkcə şəhid ailə cütlüyü kimi deyil, eləcə də, onların saf sevgi dastanı dillər əzbəri olaraq yaddaşlara həkk olundu.
Bəlkə də, bu səbəbdən 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.
Milli.Az