Ərdoğan Putin və Zelenski ilə danışacaq

12 İyun 2022 20:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o gənclərlə görüşü zamanı deyib.

O qeyd edib ki, danışıqlar zamanı Vladimir Putin və Vladimir Zelenski ilə taxıl dəhlizinin açılmasına dair fikir mübadiləsi aparacaq.

Milli.Az