"Türkiyəni anlamaq çətindir"

12 İyun 2022 19:24

Finlandiyanın terrorla mübarizəyə yanaşması və hərəkətləri digər NATO ölkələrinin ümumi xətti ilə tam üst-üstə düşür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.

"Finlərin niyə Türkiyəni xüsusi narahat etməsini anlamaq çətindir",- o bildirib.

Qeyd edək ki, ötən gün PKK tərəfdarları Helsinkidə parlament binası qarşısında Türkiyənin tələbləri əleyhinə aksiya keçirmişdi.

Milli.Az