Anıl Altan "Formula 1"ə görə Bakıya gəldi - FOTO

12 İyun 2022 14:28

Sonuncu dəfə "Aşk mantık intikam" serialında rol alan türkiyəli məşhur aktyor Anıl Altan "Formula 1" yarışlarına görə Azərbaycana gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

İçərişəhər və Heydər Əliyev Mərkəzində də olan sənətçi şəhərimizi və azərbaycanlıları çox sevdiyini bildirib.

Qeyd edək ki, Anıl Altan aktrisa Pelin Akılın həyat yoldaşıdır.

Milli.Az