Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO

12 İyun 2022 12:04

"Ətraflı hesablamalar nəticəsində bu artımı müəyyənləşdirmək olacaq. Bu gün inflyasiya tempi 20 faizdirsə, daha həssas əhalinin hissəsinə pensiya və təqaüdlərə 20 faiz əlavələr edilə bilər".

Milli.Az azxəbər-ə istinadla xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

Ekspert əlavə edib ki, neftin qiymətinin artması ölkəyə böyük təsiri olsa da bu, inflyasiyanın qarşısını almaq üçün əhəmiyyətli alət deyil.

Milli.Az