Nəsrinlə Gökhan ayrıldı

12 İyun 2022 17:54

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadəylə aktyor sevgilisi Gökhan Alkan ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sosial şəbəkədə Nəsrini izləmədən çıxarıb və birgə şəkillərini də silib.

Aktrisa isə Alkanı izləməyə davam edir. Cütlüyün ayrılıq səbəbi isə hələlik bəlli deyil.

Milli.Az