Azərbaycanda 2 qadın bıçaqlandı

11 İyun 2022 23:11

Goranboy şəhərində 2 qadın bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü S.Hüseynova və həmyaşıdı S.Ələkbərova bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az