Pirlo Türkiyə klubunu çalışdıra bilər

11 İyun 2022 22:26

"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo Türkiyənin "Fatih Karagümrük" klubunu çalışdırmağa yaxındır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumata görə, 43 yaşlı mütəxəssis artıq Super Liqa klubu ilə razılığa gəlib. Tərəflərin yaxın günlərdə 1 illik müqavilə imzalaycağı bildirilir.

Qeyd edək ki, "Fatih Karagümrük" geridə qalan mövsüm 8-ci pillədə başa vurub.

Milli.Az