İtaliyada yoxa çıxan helikopterin qalıqları tapıldı, ölənlərdən 4-ü türkdür

11 İyun 2022 21:24

İtaliyada üç gün əvvəl yoxa çıxan helikopterin qalıqları tapılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Toskana və Emilia-Romanya bölgələri arasında radarlardan itən helikopterin qalıqları Apennin dağlarında aşkarlanıb. 1922 metr yüksəklikdə helikopterin qalıqları ilə yanaşı, 7 nəfərin cəsədi də tapılıb.

Xatırladaq ki, iyunun 9-da radarlardan itən helikopterin göyərtəsində bir italyan pilot, dörd türk və iki livanlı olmaqla ümumilikdə yeddi nəfər olub.

Milli.Az