"Zirə" 5 futbolçusu ilə müqaviləni uzadıb

11 İyun 2022 19:41

"Zirə" klubu 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisinin rəsmi saytı xəbər verir ki, Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni sözləşmə imzalanıb.

Bundan əlavə, "Qarabağ"dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər artırılıb.

Milli.Az