Dağılan yol bərpa edilmir - Sakinlər narazıdır - VİDEO

11 İyun 2022 16:52

Lənkəranda 250 ailəlik 5 binanda yaşayan sakinlər məhəllənin daxilində olan  yolun yararsız vəziyyətə olmasından narazıdırlar. Məhəllədə təmir işləri getmədiyi üçün binaların qarşısındakı asfalt örtüyü tamamı ilə dağılıb. Nəticədə ərazidə yaşayanlar qışda palçıqdan, yayda isə tozdan əziyyət çəkirlər.

Daş, cınqıl, kafel qırıntıları, çala-çuxurlu məhəllə yolu.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Lənkərandandır. Şəhərin Hənifə Abdullayev küçəsində yaşayan  5 bınanın   sakinləri uzun illlərdir ki, yaşadıqları binaların həyətyanı sahəsində asfalt örtüyünün dağılaraq sırdan çıxmasından əziyyət çəkirlər.

Sakinlər məsələ ilə bağlı aiddiyyəti qurumlara dəfələrlə müraciət ediblər...Lakin edilən müraciətlər nəticəsiz qalıb.

Məsələ ilə bağlı  Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, son illərdə şəhərin bir sıra ərazilərində olduğu kimi mikrorayon massivində də ABAD həyət layihəsinə uyğun işlər davam etdirilir. Şəhərin bir sıra yaşayış massivlərində, o cümlədən sözügedən ərazidəki çoxmərtəbəli yaşayış binalarının qarşısındakı yolların, eləcə də həmin ərazidə uşaq-əyləncə avadanlıqlarının quraşdırılması, istirahət parklarının salınması, həmçinin digər kompleks abadlıq-quruculuq iişlərinin aparılması şəhərin sosial-iqtisadi inkişafına dair tədbirlər planına daxil edilib. Bu istiqamətdə aparılan işlər mərhələli şəkildə həyata keçirilir.

Milli.Az