İstanbulun Beylikdüzü rayonunda metrobusların dayanacaqda saxlamadan yoluna davam etməsi orada gözləyən sərnişinlərin etirazına səbəb olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə sərnişinlərdən biri metrobusun qarşısını kəsərək nəqliyyat vasitəsinin hərəkətinə mane olub.
Ətrafdakı yaşayış binalarından birinin sakini isə hadisəni telefonla çəkərək ictimailəşdirib.
Milli.Az