Məşhur cütlüyün üzünü gizlətdiyi oğlunun ilk görüntüsü yayıldı - FOTO

11 İyun 2022 09:22

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlunun heyranlarının səbirsizliklə gözlədikləri ilk fotosu yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar oğulları Kurt Efe ilə istirahətdə ikən kameralara tuş gəliblər.

Cütlük yaxın dostları, sənətçilər Özge Özpirinççi-Burak Yamantürk cütlüyü və futbolçular Mehmet Topal və Gökhan Tören ilə evlərinin yaxınlığında dənizə girərkən obyektivlərə yaxalanıblar.

Sosial mediada yayılan görüntülərdən pərəstişkarları körpəni sarı saçından atasına bənzədiblər.

Milli.Az