Qəfil başlayan qum fırtınasına tuş gələn fəhlələrin faciə anı - VİDEO

11 İyun 2022 13:30

Qəfil başlayan qum fırtınası inşaat beşiyində olan fəhlələrin yerə çırpılması ilə nəticələnib. Dəhşətli hadisə İraqda baş verib. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoda fasad liftinin sərt şəkildə əsdiyi, divara çırpıldığı, üzərindəki fhlələrin isə var qüvvəsi ilə özlərini saxlamağa çalışdığı görünür. Ancaq faciə baş verir, fəhlələr bir-birlərinin ardında yerə yıxılırlar.

Onlardan biri hadisə yeridə, digəri isə xəstəxanada keçinib.

Milli.Az