Çexiya Ukraynaya 140 milyon avroluq hərbi yardım edib

11 İyun 2022 08:18

Çexiya Ukraynaya 3,5 milyard krondan çox (təxminən 140 milyon avro) hərbi yardım göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərbi yardımın göstərilməsinə dair qərarı Çexiya hökuməti qəbul edir.

Agentliyin məlumatına görə, bu yardımın ümumi məbləği demək olar ki, Nazirlər Kabinetinin hər iclasından sonra artır.

Milli.Az