ABŞ turistlər üçün COVID-19 testini ləğv edəcək

11 İyun 2022 07:55

ABŞ administrasiyası ölkəyə gələn turistlər üçün koronavirus ilə bağlı məcburi "PCR" testi tələbinin ləğv edildiyini açıqlayıb.

"ABŞ Xəstəliklərə Nəzarət və Profilaktıkası Mərkəzləri elmi məlumatlara əsaslanaraq, bu tələbin hazırda lazım olmadığına dair qərar verib", - deyə ABŞ prezident administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Eyni zamanda o, epidemioloji vəziyyətin kəskin pisləşdiyi halda tələbin geri qaytarıla biləcəyini vurğulayıb.

Amerika turizm sənayesinin nümayəndələri testin ləğvi üçün fəal şəkildə çıxış edirdilər.

Milli.Az