Almaniyada universitetə ​​bıçaqlı hücum zamanı 4 nəfər yaralanıb

10 İyun 2022 23:12

Almaniyada bıçaqlı hücum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şimali Reyn-Vestfaliya (NRW) əyalətindəki Hamm-Lippstadt Universitetində baş verib.

İlkin məlumata görə, 4 nəfər yaralanıb.

Hücum edən şəxs tutulub.

Yaralıların vəziyyəti ilə bağlı heç bir açıqlama yoxdur.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az