Bəhlul qəbiristanlıqda sümüklərin yerini niyə dəyişdirdi?

19 İyun 2022 23:55

Bir gün Harun ər-Rəşidin vəziri qəbiristanlıqdan keçirdi. Görür ki, Bəhlul sümüklərin yerini dəyişib, nəyisə axtarır.

Soruşur: "Bəhlul, burada nə edirsən?".

Deyir: "Bu gün gəlmişəm ki, onları ayıram. Vəzir, komandir, tacir arasında fərq qoyam. Görmək istəyirəm ki, hansı vəzirdir? Hər nə qədər baxsam, görürəm ki, hamısı eynidir. Onlar dünyada yersiz yerə bir-birinin başına vurublar".

Allah Təala bizləri axirəti dərk edənlərdən qərar versin.

Milli.Az