Bu ölkədə məcburi ölüm hökmü ləğv edilir

10 İyun 2022 20:22

Malaziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər bildirib.

Xatırladaq ki, hazırda Malaziyada 11 cinayət növü, o cümlədən, qətl, narkotik maddələrin alqı-satqısı və terrorizm görə məcburi ölüm hökmü qüvvədədir. Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.

Milli.Az