Bu quruma yeni rəis müavini təyin edildi

10 İyun 2022 13:00

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəis müavini təyin edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, DİN-in əməkdaşı, polis mayoru Emil Əhmədov NİİM-in rəis müavini təyin olunub.

DİN-in Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Qeyd edək ki, NİİM-in rəisi polis polkovnik-leytenantı Namidan Piriyevdir.

Milli.Az