Evliliklərinin 9 ilini belə qeyd etdilər - VİDEO

10 İyun 2022 17:22

Türkiyəli aktrisa Aslıhan Güner aktyor həyat yoldaşı Mərd Kılıçla evlilik il dönümünü qeyd edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  9 ildir ailəli olan aktrisa həyat yoldaşıyla rəqs etdiyi anın görüntüsünü sosial şəbəkədə paylaşaraq hisslərini bölüşüb:

"Evliliyimizin 9 ili, hərşeyim... Öz dünyamızda, öz nağılımızda...Həmişə demişəm, sən məni belə gözəl sevməsəydin, mən özümü bu qədər sevməzdim. Səninlə oyandığım hər sabaha min şükür".

Milli.Az