KİV: Fransa Ukraynaya əlavə silahlar verə bilər

10 İyun 2022 08:26

Fransa Ukraynaya yaxın həftələrdə əlavə "Caesar" özüyeriyən haubitsaları verə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Europe 1" kanalı məlumat yayıb.

Kanal bildirir ki, Emmanuel Makron daha 6 haubitsanın Ukraynaya verilməsini elan edə bilər. Bu silahlardan hazırda Fransa ordusunda 64 ədəddir. Veriləcək silahlar ordunun anbarından götürüləcək.

Milli.Az