Oğuzda yük maşını ot bağlaması ilə birgə yanıb

9 İyun 2022 20:53

Oğuz rayonunun Zərrab kəndində "Zil" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 3,6 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az