Tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

9 İyun 2022 19:53

"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarda dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, sənədə əsasən, sözügedən şəxslərə əlavənin verilməsi müddəti iyulun 1-dən uzadılıb. 

Milli.Az