“Xocalı faciəsindən sonra döyüşə getdim” - Qarabağda döyüşən şəhid anası - VİDEO

9 İyun 2022 20:45

ATV-nin "Bizimləsən" proqramının budəfəki buraxılışında şəhid Ələkbərov Rəşadın anası qonaq olub.

Milli.Az xəbər verir ki, tək övladını Vətən müharibəsindəşəhid verən ana özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

"Xocalı faciəsindən sonra getmişəm. 1992-ci ildən əsgər kimi döyüşlərdə iştirak etmişəm. Ağdərə, Tərtər, Həsənqaya, Torpaqtəpə ərazilərində döyüşmüşəm. Yaralanmışam, hospitaldan da yarımçıq yenidən durub döyüşlərə qayıtmışam. Gedəndə valideynlərimizin xəbəri olmamışdı. 3 qəlpəni çıxarıblar, 3 qəlpə də bədənimdə qalıb".

Milli.Az