Bakının bu ərazisində yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

9 İyun 2022 18:01

18:01

Bakı şəhərinin Yasamal rayonunda 0,12 ha sahədə quru ot, məişət tullantıları və kollektor tipli 2 tikilinin içərisindən keçən 20 p.m elektrik naqilləri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

15:50

Bakının Yasamal rayonu ərazisində şiddətli yanğın başlayıb.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, ərazi yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən başlaması hələ ki məlum deyil.

Milli.Az