Xəstəliyinə görə karyerasını bitirən aktyorun son halı - FOTOlar

9 İyun 2022 19:45

Afaziya diaqnozu qoyulan aktyor Brüs Uillis xəstəliyi açıqlanandan iki ay sonra ilk dəfə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 67 yaşlı aktyor ötən gün dostu Stiven İds ilə Los-Ancelesdə paparatsilərin obyektivinə tuş gəlib. Onlar birlikdə dondurma yeyiblər.

Qeyd edək ki, Brüs xəstəliyi səbəbindən karyerasını bitirdiyini açıqlayıb.

Milli.Az