Xalq artisti Həmidə Ömərovanın oğlu Rəhimin toy məclisinə bir çox məşhur sima qatılıb.
Milli.Az xəbər verir ki, aktrisalar, müğənnilər axşam.az obyektivi qarşısına keçərək fotolar çəkdiriblər. Kimi məclisə qara, kimi qırmızı, kimi isə başqa rəng geyim seçib.
Xalq artisti Firəngiz Mütəllimova qara geyimlə həmkarının övladının xoş gününə qatılıb. Aktrisa geyimini qırmızı şərf və aksesuarlarla rəngləndirib.
Xalq artisti Gülyanaq Məmmədova isə toya göy rəngli uzun libasla qatılıb.
Əməkdar artist Sənubər İsgəndərli qara və gümüşü dəst seçib. O, qara koftasını gümüşü ətəklə tamamlayıb.
Müğənni Roza Zərgərli yasəmənçiçəyi don seçib. İfaçı qara pencəklə görünüşünü tamamlayıb.
Rəqqasə Oksana Rəsulova da məclisə qara geyimdə qatılıb. Sənətçi tüllərlə bəzədilən donu ilə qızılı aksesuar istifadə edib.
Aktrisa Zülfiyyə Qurbanova isə məclisə qırmızı geyimdə qatılıb. O, midi donu üçün qara ayaqqabı seçib.
Aktrisa Asya Atakişiyeva da qara rəngə üstünlük verib. O, tünd geyimini aksesuarlarla rəngləndirib.
Aktrisa Sonaxanım Vəliyeva da qara rəngli uzun libas seçib.
Milli.Az