Rusiya raketi gecə saatlarında Jitomir vilayətində Novoqrad-Volınskidə hündürmərtəbəli binaya düşüb.
Milli.Az bildirir ki, bu barədə Jitomir Vilayət Hərbi Administrasiyasının sədri Vitali Buneçko öz Telegram səhifəsində məlumat verib.
"İyunun 9-da gecə saat bir radələrində Rusiya raketi Novoqrad-Volınskidə çoxmərtəbəli binaya ziyan vurdu", - deyə o, hava hücumu xəbərdarlığına məhəl qoymağa çağırıb.
Buneçkonun sözlərinə görə, ölən və yaralananlar barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Aslan Məmmədov
Milli.Az