Məşhur cütlüyün toyu İtaliyada olacaq - FOTO

9 İyun 2022 13:07

Türkiyəli məşhur aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu bu yay İtaliyada nikah bağlayacaqlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, illər əvvəl yayımlanan "Kiraz mevsimi" serialının çəkilişləri zamanı eşq yaşayan cütlük şou-biznes aləmində nümunə göstərilənlər arasındadırlar.

Ticarət mərkəzində jurnalistlərin suallarını cavablayan aktrisa toy mərasimi üçün niyə məhz İtaliyanı seçdiklərinə aydınlıq gətirib:

"Bizdə xatirəsi var, oranı sevirik".

Xatırladaq ki, "Kiraz mevsimi" serialının bəzi bölümləri İtaliyada çəkilib.

Milli.Az