Rusiyada daha bir hərbi komissarlığı yandırmaq istədilər

9 İyun 2022 08:20

Rusiyanın Vladivostok bölgəsində naməlum şəxslər taxtadan tikilmiş tarixi əhəmiyyətə malik binada yerləşən hərbi komissarlığı yandırmağa cəhd ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, iyunun 8-də səhər saatlarında iki naməlum şəxs hərbi komissarlığın taxta binasının divarına "Molotov kokteyli" atıb. Yanğın nəticəsində binanın üzlükləri zədələnib.

Məlumata əsasən, Rusiyada müharibə başlayandan bəri ən azı 18 hərbi komissarlıq yandırılıb

Milli.Az