Bakıda gənc qızı avtomobil vurub

9 İyun 2022 08:04

Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Əhmədli Nəzrin Müşfiq qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az