Ərdoğan “Efes-2022” təlimlərini izləyəcək

9 İyun 2022 08:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Efes-2022" beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.

Milli.Az xəbər verir ki, məlumatı "Efes-2022" təlimlərinin mətbuat mərkəzi yayıb.

Bildirilir ki, Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 9-da başlanan təlimlər sabah başa çatacaq.

Milli.Az