Dünyada pandemiyanın bitdiyini zənn etmək başa düşüləndir. Ancaq hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.
O, dünyada COVID-19-a yoluxmanın və ölüm hallarının azalmasını bildirsə də, dünya ölkələrini ayıq-sayıq olmağa çağırıb.
Baş direktor ölkələri koronavirusun yeni, daha təhlükəli ştamının ortaya çıxa bilmə ehtimalını diqqətdə saxlamağa çağırıb.
Milli.Az